Dekabr ayının sonlarında mərkəzi bazası AAAF Park Yaşayış Kompleksi olan “Zirvə” İdman Klubunun beynəlxalq layihəsi olan Zirve İnternational Sport Clubs-ın ağır atletika üzrə dünya çempionatı keçiriləcək.
Yarış iştirakçılarının müəyyənləşdirilməsi üçün klub rəhbərliyi tərəfindən seçmə mərhələ təşkil olunmuşdur. Artıq bu yarışlar başa çatmaq üzrədir. Türkiyənin Ankara şəhərində start götürən seçmələr sabah – noyabrın 12-də Xırdalandakı AAAF Park Yaşayış Kompleksində sona yetəcəkdir. Məhz sabah Abşeron zonasında yerləşən klub filiallarımızın təsnifat yarışı keçiriləcəkdir.
AAAF Park-ın yeni yarış zalında baş tutacaq bu maraqlı mübarizəni izləmək üçün hamınızı dəvət edirik. Giriş pulsuzdur.