Bu gün Azərbaycan Premyer Liqasında 2017/18 mövsümünün püşkatma mərasimi baş tutub. Fanat.Az xəbər verir ki, AFFA-nın mənzil-qərargahında keçirilən tədbirdə 8 elita komandası təmsil olunub.
Sayca 26-cı çempionatın açılış turunun matçları da müəyyənləşib. Yeni sezonun birinci oyun həftəsində “Qarabağ” rəqib meydanında “Neftçi” ilə qarşılaşacaqsa, “Qəbələ” Bakıda “İnter”in qonağı olacaq.
I tur
"İnter" - "Qəbələ"
"Neftçi" - "Qarabağ"
"Zirə" - "Səbail"
"Sumqayıt" - "Kəpəz"
Qeyd edək ki, ilk turun oyunları avqustun 11-13-ü aralığında keçiriləcək.
Fanat.Az