“Qəbələ”nin Avroliqanın III təsnifat mərhələsindəki rəqibi “Panatinaikos” Bakıdakı oyun ərəfəsində heyətinə 2 oyunçu qatıb. Fanat.Az Yunanıstan mətbuatına istinadən xəbər verir ki, yunanlar "qanadlar"ı gücləndirib.
Təmsilçimizlə sabah Bakıda üz-üzə gələcək "yaşıllar" “Alkmaar”ın isveçli sağ cinah oyunçusu Mattias Yohanssonu və “Udineze”nin braziliyalı sol cinah müdafiəçisi Qabriel Silvanı transfer edib. Afinalılar evdə 1:0 hesabıyla yendikləri “Qəbələ”ni mübarizədən kənarlaşdıracaqları təqdirdə, sözügedən oyunçular pley-off mərhələsi üçün sifariş olunacaq.
Fanat.Az