Avropa Liqasının III təsnifat mərhələsi çərçivəsində baş tutan “Fənərbaxça” – “Şturm” oyununu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da tribunadan izləyib.
Fanat.Az xəbər verir ki, ölkə başçısı 1:1 hesabıyla bitən görüşün ardından paltardəyişmə otağına yollanaraq İstanbul klubunun pley-off mərhələsinə yüksələn futbolçularını tək-tək təbrik edib.
Hakim və laynsmanları da unutmayan prezident görüşün hakim-inspektoru Asim Xudiyevlə də əl sıxıb.
Fanat.Az