Premyer Liqada yararan fasilədən yararlanan "Bakı" və "Neftçi" bu gün yoxlama oyunu keçirib. Fanat.az xəbər verir ki, matç "Bakı"nın təlim-məşq bazasının stadionunda baş tutub.
Oyun "Bakı"nın 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. Hesabı 13-cü dəqiqədə Nuran Qurbanov açıb. 38-ci dəqinədə Ruslan Qurbanov bərabərliyi təmin etsə də, ilk yarının sonunda Jaba meydan sahiblərini yenidən önə keçirib. İkinci hissədə daha iki qol vurulub. 59-cu dəqiqədə Raul Yaqubzadə, 87-ci dəqiqədə isə Valeh Seyidov fərqlənib.
Qeyd edək ki, "Neftçi" və "Bakı" bu mövsüm Premyer Liqada iki dəfə qarşılaşıb. II turda baş tutan ilk oyunda "ağ-qaralar" 1:0 hesablı qələbə qazanıb. Matçın yeganə qoluna Julius Vobay vurub. X turda keçirilən ikinci qarşılaşmada da "Neftçi" üstün olub - 3:1. "Ağ-qaralar"ın heyətində Julius Vobay, Araz Abdullayev və Kaue da Silva fərqlənib. "Bakı"nın qoluna isə Nurlan Novruzov imza atıb.
Yoxlama oyunu
13 noyabr
Bakı - Neftçi 4:1
Qollar: Nuran Qurbanov, 13. Jaba, 45. Raul Yaqubzadə, 59. Valeh Seyidov, 87 - Ruslan Qurbanov, 38.
"Bakı"nın təlim-məşq bazasının stadionu.
Fanat.az