Çimərlik futbolu üzrə Azərbaycan milli komandası 9-14 avqust tarixlərində Macarıstanın Siofok şəhərində Avropa çempionatının birinci seçmə mərhələsində, 23-28 avqust tarixlərində isə Almaniyanın Varnemunde şəhərində Avropa çempionatının ikinci seçmə mərhələsində iştirak edəcək.
Fanat.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, millinin heyətini və oyunların təqvimi aşağıda qeyd olunan kimidir:
Vaqif Şirinbəyov, Elçin Qasımov, Renat Sultanov, Elvin Quliyev, Amid Nəzərov, Orxan Məmmədov, Asif Zeynalov, Ramil Əliyev, Sabir Allahquliyev, Əbdül Əliyev, Hikmət Bağırov, Comərd Baxşəliyev
Siofok (Macarıstan)
11 avqust
19:00. Azərbaycan – Portuqaliya
12 avqust
17:45. Belarus – Azərbaycan
13 avqust
16:30. Polşa – Azərbaycan
Varnemunde (Almaniya)
25 avqust
18:00. Almaniya – Azərbaycan
26 avqust
19:15. İtaliya – Azərbaycan
27 avqust
15:30. Azərbaycan – Ukrayna
Qeyd edək ki, oyunların başlanma saatı Bakı vaxtı ilə göstərilib.
Fanat.Az