2017/18 mövsümündə “Sumqayıt”ın şərəfini qoruyacaq futbolçular müəyyənləşib. Fanat.Az xəbər verir ki, “gənclik şəhəri” təmsilçisi yeni mövsüm üçün iştirak ərizəsini PFL-ə təqdim edib.
Sumqayıtın eyniadlı təmsilçisi 19 futbolçunu sifariş verib. 3 qapıçısı olan komanda 6 müdafiəçi, 9 yarımmüdafiəçi və 1 hücumçu ilə mövsümə start verəcək.
Qapıçılar: Miremil Həsənov, Mehdi Cənnətov, Fərhad Vəliyev.
Müdafiəçilər: Bəhlul Mustafazadə, Azər Salahlı, Rail Məlikov, Tural Axundov, Bəxtiyar Həsənalızadə, Vurğun Hüseynov.
Yarımmüdafiəçilər: Kamal Mirzəyev, Tural Bayramlı, Ehtiram Şahverdiyev, Vüqar Bəybalayev, Xəyal Nəcəfov, Rəşad Eyubov, Cavid İmamverdiyev, Nicat Muxtarov, Cavid Tağıyev.
Hücumçu: Amil Yunanov.
Fanat.Az