09:00 17.11.2014 952

Sumqayıtın irqçilik yalanı və stadionsuz qalan "Böyük oyun" - "ÖTƏN HƏFTƏ"

Fanat.az "Ötən həftə" rubrikasını davam etdirir. Bu rubrikanın məqsədi başa vurduğumuz həftənin ən önəmli olaylarını oxucular üçün xatırlatmaqdı.

"Sumqayıt"ın irqçilik yalanı

Ötən həftənin ən utancverici olayı Sumqayıtda yaşandı. "Kapital Bank Arena"da yerli komanda ilə yoldaşlıq oyunu keçirən "Qəbələ"nin üzvü Ekiqo Ehiosun sumqayıtlı azarkeşlərin irqçi şüarlarına məruz qaldı. Adını fanat qoyan bu şəxslərin "Ebola, Ebola", "Neqr" şüarları şüarları səsləndirməsinə dözməyən nigeriyalı futbolçu buna etiraz olaraq formasını çıxardaraq meydançanı tərk etməyə cəhd göstərsə də, "Sumqayıt"ın futbolçularının, eləcə də azarkeşlərin üzrxahlığından sonra meydana qayıtdı.

"Sumqayıt" rəhbərliyinin utancverici olaya reaksiya verməsi üçün bir gün vaxt lazım oldu. Yəqin bir gün ərzində özlərini təmizə çıxarmaq üçün yol axtarıblar və sonda tapıblar. Belə ki, "Sumqayıt" rəsmi saytı ilə yaydığı bəyanatda bu hərəkəti bir azyaşlı fanatın etdiyini deyib (halbuki, bunu bir nəfərin etmədiyini stadionda olan hər kəs görüb). Guya araşdırma aparan klub rəhbərliyi bir neçə saat sonra "günahkar"ı tapıb elan elədi - 13 yaşlı Tural Rzayev. Hələ utanmaz-utanmaz onun adından nigeriyalı futbolçuya məktub yazıb, "sözlərim düzgün başa düşülməyib" deməyi də unutmadılar. Hələ yaxşı ki, futbolçunun yaxşı başa düşməsi üçün uşağa məktubu Nigeriyada istifadə olunan çoxsaylı dillərdən biri ilə yazdırmayıblar.

Stadionsuz qalan "Böyük oyun"

Ötən həftə məlum oldu ki, ot örtüyü yenilənən Lənkəran şəhər stadionu noyabrın 24-də baş tutacaq "Böyük oyun"a qədər hazır olmayacaq. Bu isə derbinin harda keçiriləcəyi ilə bağlı suallar yaratdı. Hələlik "Böyük oyun"un taleyi qaranlıq qalıb. Bilinən odu ki, "Xəzər Lənkəran" bu matçda "Neftçi"nin ev sahibi olmasını istəyir və bununla bağlı əzəli rəqibinə müraciət edib. "Neftçi" isə hələ ki, cavab verməyə tələsmir.

İndi "Böyük oyun"la bağlı 3 variant var: ya "Neftçi" ev sahibi olacaq, ya "Xəzər Lənkəran" paytaxtda ev sahibi kimi çıxış edəcək, ya da derbi təxirə salınacaq. Gözləyib görək "papaq"dan hansı variant çıxacaq.

Məşqçilər Komitəsi nəyə xidmət edəcək?

AFFA Məşqçilər Komitəsi yaradır. Bu barədə qurumun rəsmi saytı məlumat yayıb. Açıqlamda bildirilir ki, AFFA-nın prezidenti baş katibliyə komitənin əsasnaməsini, iş prinsiplərini və üzvlüyə namizədləri hazırlamağı tapşırıb. Komitənin fəaliyyəti İcraiyyə Komitəsinin növbəti iclasında təsdiq olunacaq.

Hələ ki, Məşqçilər Komitəsinin nə görəyəcəyini və nəyə yarayacağını yəqin ki, Elxan Məmmədovdan başqa heç kim bilmir. Nə deyirik, xeyirli-uğurlu olsun.

Təşəkkürü unutma, "Araz Naxçıvan"!

Bir neçə gün əvvəl çempionatdan imtina etdiyini açıqlayan "Araz Naxçıvan" arada "yuxudan ayılıb" bir bəyanat verməklə fəaliyyətini davam etdirir. Muxtar Respublika təmsilçisi ötən həftə rəsmi saytında məlumat yerləşdirərək klubun fəaliyyətində xidmətləri olan 61 nəfərə (13 məşqçi, 48 futbolçu) təşəkkür edərək, sağollaşmağı unutmadı.

Ardıcıl ikinci elit-raund

Həftə 19 yaşadək futbolçulardan ibarət milli komandamızın uğuru ilə əlamətdar oldu. Belə ki, Macarıstanda keçirilən Avropa çempionatının seçmə mərhələ oyunlarında iştirak edən yığmamız elit-raunda vəsiqə qazandı.

İlk oyunda macarlarla "sülh"ə razılaşan (1:1) Nikolay Adamın yetirmələri Slovakiyaya böyk hesablı məğlubiyyətlə (1:4) bütün ümidləri tükətmişdilər. Amma son matçda Sloveniyanı 3:2 hesabı ilə yenən millimiz vəzifəsinin öhdəsindən gələrək elit mərhələyə vəsiqə əldə etdi.

Bununla da Nikolay Adamın rəhbərlik etdiyi komanda bir neçə gün əvvəl U-17-nin imza atdığı uğuru təkrarladı. Təbriklər...

Ata-bala məhkəmədə

Ötən həftə dünya futbolunda da maraqlı hadisələr baş verdi ki, onlardan biri də Məsut Özilin atası tərəfindən məhkəməyə verilməsi oldu. Almaniya millisinin və "Arsenal”ın futbolçusunun məhkəməyə düşməsinə səbəbi isə ötən ilədək meneceri olan atası Mustafa Özilə buna görə ödəməli olduğu 630 min avronu verməkdən istinasıdı.

Deyilənə görə, Mustafa Özil həyat yoldaşından boşanandan sonra oğulları ilə arasında problem yaranıb. Buna görə atasını günahlandıran Məsut onu menecerliyindən kənarlaşdırıb və bütün huquqlarını qardaşı Mutlu Özilə verib.

Fanat.az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

29 May 2025
00:51

UEFA Konfrans Liqasının qalibi müəyyənləşdi

00:03

Azərbaycanın çimərlik güləşçiləri AÇ-də 3 medal qazandılar

28 May 2025
23:50

DÇ: 1/4 finalın bütün cütləri müəyyənləşdi

23:34

DÇ: Gürcüstan 1/4 finala yüksələ bilmədi

23:06

"Şamaxı"da növbəti ayrılıq - RƏSMİ

22:44

"Bu anı səbirsizliklə gözləyirəm" - Zidan Fransa yığmasından danışdı

22:07

DÇ: Çexiya 4 cavabsız qolla 1/4 finalda

21:40

"Traktor" baş məşqçisi ilə müqavilə yenilədi -RƏSMİ

21:15

"Fiorentina"nın baş məşqçisi istefa verdi - Bir neçə gün öncə müqavilə bağlamışdı

20:54

"Ümid edirəm ki, tortu gilənarla bəzəyəcəyik" - Lautaro Martines

20:17

Futbolçu faciəli şəkildə vəfat etdi

19:49

"Belə matçlarda iştirak etməyi uşaqlıqdan arzulayırsan" - Usman Dembele

19:06

DÇ: Növbəti 1/4 finalçı bilindi

18:49

"Şamaxı" tanzaniyalı yarımmüdafiəçi ilə anlaşdı - RƏSMİ

18:10

Pley-off qarşılaşmasını "Difai" qazandı

17:54

Slot ən yaxşı məşqçi seçildi

17:23

İsveçli əfsanə klubsuz qaldı

16:52

"Mbappedən Messinin üslubunda oynamağı xahiş etməyin" - Mişel Platini

16:11

"ASK Arena"da “Fair Play Matçı” keçirilib

15:57

"Çelsi" və "Betis" fanatları dalaşdılar

15:06

"Sabah"ın ilk finalı

14:55

"Qarabağ" Azərbaycan Kubokunun mütəq rekordçusudur

14:24

Pelleqrini "Çelsi"yə qarşı final oyunundan öncə belə danışdı

13:47

Gökhan Gönül istefa verdi

13:14

Özbəkistanın U-16 millisi Bakıya gəlib

12:39

"Həm Ukraynada, həm də Avropada kuboklar qazanmaq istəyimiz böyükdür" - Arda "Şaxtyor"a keçidini dəyərləndirdi

12:02

"Araz-Naxçıvan"da 2 yeni müqavilə - RƏSMİ

11:44

Avroliqanın qalibi "Bayern"in ulduzuna elçi düşdü - SON DURUM

11:15

Avropa çempionatı və Dünya Kuboku gələn il Azərbaycanda keçiriləcək

10:50

Murad Musayevli "Krasnodar" çempion heyətin 3 üzvü ilə vidalaşdı

10:19

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:58

Messi ilə Suares Uruqvayda klub yaratdılar

09:00

Minifutbol: Bu gün 1/8 final mərhələsinə yekun vurulacaq

08:00

28 May - Azərbaycanda Müstəqillik Günüdür

00:12

AFFA U-16 Liqasında mövsüm başa çatdı

27 May 2025
23:41

Yamal "Barselona" ilə yeni müqavilə bağladı - RƏSMİ

23:20

Arda Turanın yeni iş yeri bilindi - RƏSMİ

23:04

"Bir-iki saat qələbənin dadını çıxardıqdan sonra..." - Elşad Quliyev

22:58

DÇ: 1/4 finalın 4 iştirakçısı müəyyənləşdi

22:47

Yamal indikindən 3 dəfə çox qazanacaq - Məbləğ açıqlandı

Facebookdan bizi izləməyi unutmayın.
X