"Qalatasaray"ın prezidenti Dursun Özbek Arda Turanla bağlı açıqlama verib. Fanat.Az xəbər verir ki, klub rəhbəri "Barselona"lı futbolçunu heyətə qatmaq istədiklərini təsdiqləyib:
"Arda Turan çox böyük bir "Qalatasaray"lıdı. Kluba böyük xidmətləri olmuş bir övladımızdı. Onun bundan sonra da xidmət edəcəyi önəm önəmli yer də buradı. Karyerasını "Qalatasaray"da bitirməsi ən böyük arzumuzdu. Bu yöndə çalışmalarımız davam edir".
Fanat.Az