Topaz Premyer Liqasının 2014/15 mövsümündə mübarizəni 9 komanda davam etdirəcək. Bu barədə məlumatı apasport.az saytına Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev verib.
O bildirib ki, fəaliyyətini dayandıran “Araz Naxçıvan”ın çempionatda çıxışını yarımçıq saxlaması dəqiqləşib. Bu üzdən yarışı elə 9 komanda davam etdirəcək.
Musayev qeyd edib ki, mübarizəni davam etdirməkdən boyun qaçıran komandanı Premyer Liqada saxlamaq üçün PEL əlindən gələni edib. Lakin klub rəhbərliyini fikrindən daşındırmaq mümkün olmayıb.
Fanat.az