Topaz Premyer Liqasında XII turun oyun cədvəli açıqlanıb. Fanat.az xəbər verir ki, "Araz Naxçıvan"ın çempionatdan çıxarılmasından sonra hər turda 4 oyun baş tutacaq və bir komanda məcburi şəkildə istirahət edəcək. Bu turda "Sumqayıt" istirahət etməli olacaq.
Tur Bakıda başlayacaq. Paytaxtın eyniadlı komandası saat 14.00-da "Qarabağ"ı qəbul edəcək. Bundan iki saat sonra AZAL - "Qəbələ" matçına start veriləcək. Saat 17.00-da "Simurq" - "Neftçi" görüşü başlayacaq. Tura saat 18.00-da startı veriləcək "İnter" - "Xəzər Lənkəran" oyunu ilə yekun vurulacaq.
20 noyabr
Bakı - Qarabağ
“Bakı”nın təlim-məşq bazasının stadionu. Saat 14.00.
AZAL - Qəbələ
"AZAL Arena". Saat 16.00.
Simurq - Neftçi
Zaqatala şəhər Olimpiya kompleksinin stadionu. Saat 17.00.
İnter - Xəzər Lənkəran
"İnter Arena". Saat 18.00.
Fanat.az