"Xəzər Lənkəran" Azərbaycan Kubokunun 1/4 final mərhələsinə çıxıb. Fanat.az xəbər verir ki, buna səbəb "Araz Naxçıvan"ın çempionatdan imtinası səbəb olub.
Belə ki, bu gün AFFA İntizam Komitəsinin qərarı ilə "Araz Naxçıvan"ın gedişi rəsmiləşib. "Xəzər Lənkəran" kubokun 1/8 finalında məhz bu komanda ilə qarşılaşmalı idi. Naxçıvan klubu fəaliyyətini dayandırdığından lənkəranlılar oynamadan mərhələ adlayıb.
Qeyd edək ki, 1/8 finalın oyunları dekabrın 3-də keçiriləcək.
Fanat.az