Kosova matçından öncə təyyarədə jurnalist Bilal Meşe ilə dava edən və milli karyerasını başa vuran Arda Turan geri dönür. Fanat.Az xəbər verir ki, türk futbolçu bununla bağlı açıqlama yayıb:
"Bildiyiniz kimi Kosova matçı öncəsində yaşanan hadisələr sonrasında milli komanda formasına vida etmişdim. Bu qərarı verməyimin səbəbi adım ətrafında aparılan müzakirələrin milli komandaya və müqəddəs formaya ziyan verməsi idi. Bu müddətdə heç bir zaman yetkinliyi, sevgini və birləşdirici münasibəti əldən buraxmayan federasiya prezidentimiz cənab Yıldırım Demirören və rəhbərliyin, ardınca baş məşqçimiz cənab Mirça Luçeskunun sevgi dolu münasibəti bu qərarımı yenidən gözdən keçirməyimə səbəb oldu. Bunu hər kəsin bilməsini istəyirəm ki, milli formanın heç bir futbolçuya ehtiyacı yoxdu, amma bizlərin hər zaman bu formanın qürurunu daşımağa ehtiyacımız var. Bu andan etibarən baş məşqçimiz uyğun gördüyü tədqirdə milli formanı yenidən əynimə geyinməkdən, hər zamankı kimi, qürur duyacağımı bildirmək istəyirəm. Qalan 4 çətin matçlıq müddətdə və davamında hər şərtdə dostlarımın yanında olmaq istədiyimi ictimaiyyətə hörmətimlə ərz edirəm".
Fanat.Az