Noyabrın 18-də lisenziyalaşdırma prosesi çərçivəsində AFFA-nın təşkilatçılığı ilə azarkeşlərlə əlaqələndirici şəxslər üçün seminar keçirilib. Fanat.az xəbər verir ki, “Bakcell Arena”da baş tutan seminarda UEFA nümayəndəsi Stüart Daykes tərəfindən nəzəri məlumatlar və praktiki məşğələlər təqdim olunub.
Seminarda AFFA və PFL nümayəndələri, klubların azarkeşlərlə əlaqələndirici şəxsləri, təhlükəsizlik xidməti rəisləri və fanklub nümayəndələri iştirak edib. Tədbirin sonunda iştirakçılarla birlikdə xatirə şəkli çəkilib.
Fanat.az