"İnter"in baş məşqçisi Zaur Svanadze və köməkçiləri AFFA-nın vədinə xilaf çıxdığına növbəti dəfə şahidlik edib. Fanat.Az-a verilən məlumata görə gürcü mütəxəssis və yardımçılarına "Qəbələ"ylə oyundan öncə maaş veriləcəyi deyilsə də, bu saatadək məşqçilərin hesabına pul köçürülməyib.
Maliyyə problemi yaşayan komandada iki gün öncə futbolçular iyun ayının məvacibini alıb. Məşqçilər korpusu və klubun digər əməkdaşları isə son 3 ayda əməkhaqqı üzü görməyib.
Fanat.Az