Əvəzedici heyətlərin ölkə çempionatında mövsümə start verilib. Fanat.Az xəbər verir ki, I turun ilk oyun günündə bir qaşılaşma baş tutub.
Günün yeganə oyununda "Neftçi" "Qarabağ"ı qəbul edib. Dünən əsas komandası ağdamlılara 1:3 hesabı ilə yenilən "ağ-qaralar" qələbə qazanıb - 1:0.
Qeyd edək ki, turun bir oyunu sabah, ikisi bazar ertəsi baş tutacaq.
Əvəzedici heyətlər
2017/18 mövsümü
I dövrə, I tur
12 avqust
Neftçi - Qarabağ 1:0
Qol: Fəhmin Muradbəyli, 29.
Fanat.Az