UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində “İnter”in rəqibi olan Norveçin “Tromse” klubu Bakıya gəlib. Azerisport.az xəbər verir ki, skandinaviyalılar bu gün ölkəmizdə ilk məşqlərinə çıxacaqlar.
Sabah isə komanda oyunun keçiriləcəyi “Bayıl Arena”da son hazırlığını həyata keçirəcək. Eyni zamanda komandanın baş məşqçisi Aqner Kristensenin mətbuat konfransı baş tutacaq.
Qeyd edək ki, bu komandaların ilk oyununda Norveç klubu 2 cavabsız qolla qalib gəlmişdi. Cavab görüşü iyulun 25-də keçiriləcək.
İdman24.az