“Komandada əhval-ruhiyyə yüksək səviyyədədir. “Neftçi” bugünkü qarşılaşmada uğur qazanmaq əzmindədir. Başqa cür ola da bilməz”.
Qol.Az saytına açıqlamasında bu sözləri “Neftçi” klubunun vitse-prezidenti Tahir Süleymanov Çempionlar Liqasının II təsnifat mərhələsində bu gün Albaniyanın “Skenderbeu” klubuna qarşı keçiriləcək cavab oyunu haqda danışarkən deyib.
Bu gün Ağdam rayonunun Ermənistan tərəfindən işğal olunmasından 20 il ötür.
O qeyd edib ki, Ağdamın ermənilər tərəfindən işğal olunması faktını Avropaya bir daha çatdırmaq istəyiblər: “Bununla bağlı UEFA nümayəndəsinə müraciət etmişik. Bildirmişik ki, UEFA razılıq verərsə, oyundan qabaq şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad edək, eyni zamanda “Neftçi” futbolçuları meydana qara sarğı ilə çıxsın. Artıq şifahi razılıq əldə olunub. Bu gün oyun öncəsi UEFA-nın rəsmi toplantısında bu məsələyə tam aydınlıq gələcək”.
İdman24.az