17:01 14.08.2017 1095

Rəmiş Malıyev: "AFFA-da yüzlərlə belə müqavilə aşkarlamışam"

"İnter"in icraçı direktoru Rəmiş Malıyevin Fanat.Az-a müsahibəsi


- Rauf bir müqavilə yayımlayır, siz başqa bir müqavilə... Bu ikili müqavilə anlamına gəlirmi? 

- Bu bizdən əvvəl - 2016-cı ildə klubla futbolçu arasında bağlanmış müqavilədi. Tərəflər arasında münasibətlər bu müqavilə ilə tənzimlənib. Bəli ikili müqavilə anlamına gəlir. Amma onlar şəffaf müqavilələrdi və vergisi ödənilir, hər şeyi qaydasındadı.


 - Sizdə olan müqavilədə notariusun təsdiqi və PFL-in möhürü yoxdu... 

- Tərəflər arasında mülki münasibətlər ölkə qanunvericiliyi ilə tənzimlənir. Ölkə qanunvericiliyi əsasdı və biz ona uyğun müqavilə imzalamışıq. Düzdü, orda bəzi çatışmamazlıqlar var. Məsələn, qeydiyyatla, notariusla bağlı və s. Ancaq biz ölkə qanunvericiliyinə uyğun müqavilə bağlamışıq və onun təsdiqinə ehtiyac yoxdu.


 - Notarius təsdiqi yoxdusa, Rauf deyə bilər, bu imza mənim deyil? 

- Xeyir deyə bilməz. Çünki bu mülki müqavilədi və notariusda təsdiqinə ehtiyac yoxdu. 


- Klub rəsmisi kimi yox, hüquqşünas kimi bir sual verim. UEFA və FIFA-nın qaydaları bu məsələdə nə deyir? İkili müqavilə aşkarlanarsa, kluba hansı cəza verilməlidi? 

- Son 10 il ərzində mən federasiyada yüzlərlə belə müqavilə aşkarlamışam. FIFA üçün bu əsas deyil, tərəflərin öz öhdəliklərini tam olaraq yerinə yetirməsidi. Hər bir ölkənin öz qanunvericiliyi var. Ölkə qanunvericiliyini tələbləri yerinə yetirilirsə, FIFA və UEFA qaydaları ilə bağlı problemlər yaranmır. FIFA və UEFA bu halla tanışdı, sizin də bu barədə yaxşı məlumatınız var. Bu günə qədər heç bir cəza tədbiri görülməyib. 


- Heç bir cəza nəzərdə tutulmayıb? 

- Yoxdu. Uzun müddətdi futbol sahəsindəsiniz, indiyə qədər hansısa klubun cəzalandırılmasını görmüsünüz? "İnter"lə bağlı FIFA-da 20-yə yaxın şikayət olub. İkili müqavilələr çıxıb üzə. 


- Rauf da deyir ki, mənim əlimdə olan müqaviləyə görə...

 - Üzr istəyirəm. Siz o müqaviləni oxumusunuz? Tərəflər arasında hüquqi münasibətlərdə tərəf hansı müqavilənin şərtlərini əsas götürürsə, həmin müqavilə əsasdı. Dünən Raufa sərf edirdi, iki illik müqaviləni əsas götürürdü. Bu gün sərf etmir deyə onu qəbul etmir. Siz deyin, kim haqlıdı? Məhkəmədə də deyir ki, "bu günə qədər iki illik müqaviləni qəbul edib, indi imtina edirsə, sənin niyyətin haqlı deyil". 


- Sizin əlinizdə "İnter"in təsdiqlədiyi sənəd var. Raufda isə PFL və dövlətin təsdiqlədiyi sənəd. İndi hansı daha ali sayılmalıdı? 

- Mən məsələnin detallarına getmək istəmirəm. Biz bu halda haqlıyıq. Siz də məsələlərə obyektiv yanaşırsınızsa, məntiqlə fikir yürüdə bilərsiniz. Alıb-aldatmaqla deyil ki... Bütün ödənişlər edilib, vergilər verilib... 


- Rauf şərtlərin ödənilmədiyini demir ki... Deyir müqavilə başa çatıb. 

- Siz Raufun vəkili rolunda çıxış edirsiniz. Məni onun dediyi maraqlandırmır. Bu məsələ ilə bağlı FIFA qərar verəcək. Bəlkə həmin qərar bizim əleyhimizə olacaq. Siz jurnalistlər bu məsələdən yazanda obyektiv mövqeyinizi də ortaya qoyun.


 - Əgər hər iki tərəf qaydalarla və qanunvericiliklə özünü haqlı sayırsa , o zaman daha ali qurumun qaydaları keçərli olmalıdı. Sizdə "İnter"in möhürü olan müqavilə, onda dövlətin təsdiq elədiyi müqavilə var. 

- Yox. Notarius dövlət deyil. Kommersiya sturukturudu. 


- Yani “notarius möhürü saxta və ya tanışlıqla vurulub” iddiasındasınız? 

- Yox, saxta ola bilməz. Amma ali orqan deyil. Belə deyək də, notariusun möhürü Quran ayəsi deyil. Mətbuatda yazırlar ki, Rəmiş Malıyev komitənin üzvüdü. Mən o komitədə yoxam. Ən obyektiv qərarı FIFA verəcək. Biz onu məhkəməyə də verə bilərik. Bu məsələ ilə bağlı klubun mövqeyini bildirdim. Rauf müqavilənin şəkillərini yaymışdı. Biz də yayımladıq. Beynəlxalq qurumlara müraciət etməyə hazırlaşırıq. Başqa niyyətimiz olsaydı, Səlahəti də saxlayardıq. Müqaviləsi bitdi, getdi. Rauf 500 manatlıq müqaviləni yayır. Amma ayda 10 min manat maaş alır.


 - Hər iki müqavilə qanuna uyğundu, qanun pozuntusu yoxdu deyirsiz? 

- Təbii ki, hər işdə qüsurlar, çatışmamazlıqlar var. Razıyıq, bizi cərimələsinlər. Məsələnin mahiyyəti tamam başqadı. Mahiyyət odu ki, hər iki tərəf öhdəliklərini iki illik müqaviləyə əsasən qurub. Biz nədəsə səhv etmişik, boyunumuza da alırıq. Ümumiyyətlə bunlar əvvəllər olmuş məsələlərdi. 


- Əvvəllər deyəndə, Rəşad Qasımovun kluba rəhbərlik etdiyi dövrə işarə vurursuz?

- Müqavilə 2016-cı ilin mayında imzalanıb. Mən imzalamamışam. 


- Bu bir az məsuliyyətdən qaçmaq kimi səslənir... 

- Yox, demirəm ki, qaçırıq. Burda söhbət Rəşaddan, Zaurdan və ya Rəmişdən getmir. Burda hüquqi şəxs - "İnter" imzası var. "İnter" də cavabdehdi. Müqaviləni Rəşad Qasımov imzalayıb. Mən demirəm ki, o günahkardı. Əslində bir müqavilə imzalanmalıdı. Qoy bizi cərimələsinlər, lap şiddətli töhmət verilsin. 


- UEFA və FIFA tərəfindən cəza verilsə, məsuliyyəti kim daşıyacaq? 

- Klub məsuliyyət daşıyacaq. 


- Klubda siz də varsız. Məsuliyyət daşıyacaqsız? 

- Mən müqavilə imzalamamışam. Buna görə şəxsi məsuliyyət daşımıram. Hüquqi şəxs cərimələnəcək.


Əli Sahib

Fanat.Az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

13 May 2025
18:49

Sesk Fabreqasın növbəti mövsümə harada başlayacağı dəqiqləşdi

18:20

"Səbail"in taleyinə aydınlıq gəldi - AÇIQLAMA

17:42

"Roma"nı bu il çempionatda yalnız "Atalanta" məğlub edə bilib

17:23

Azərbaycan Karate Federasiyasında yeni təyinat

17:05

AFFA rəsmisi UEFA-nın forumuna qatıldı

16:47

"Çelsi" hansı Avropa turnirində oynayacağına özü qərar verəcək

16:28

Polşada irqçilik qalmaqalı - Klub üzr istədi, federasiya hədələdi

16:10

"Daha çox qızıl medal qazana bilərdik" - Azərbaycan millisinin baş məşqçisi

15:51

De Bröyne İtaliya yolunda - İldə 7 milyon qazanacaq

15:33

"İngiltərə Premyer Liqası oynamaq və baxmaq üçün ən yaxşı liqadır" - "Barselona"nın ulduzu

15:15

Azərbaycanlı hakim vəfat etdi

14:57

MY-nin istəmədiyi vinger İtaliya nəhənginə keçməyə yaxındır

14:39

"Mançester Siti" 22 yaşlı müdafiəçini istəyir

14:21

Xabi Alonso Vaskesin "Real Madrid"də qalıb-qalmayacağına qərar verdi

14:03

"Kurban Berdiyev "Spartak" üçün ideal namizəddir"

13:44

"Trent bununla barışmalıdır" - Vircil van Deyk

13:25

Ançelottilərin yolu ayrıldı - SON DURUM

13:07

İki lqiada pley-offun püşkü atıldı

12:49

"Siti" üçün cari mövsüm qəzadır" - Erlinq Holand

12:31

"Rəhbərliyin istəyi odur ki, yeni mövsümdən Naxçıvanda çıxış edək" - Klubun icraçı direktoru yeni qərarların anonsunu verdi

12:15

"Qarabağ" "Nyukasl", "Atletik" və "Beşiktaş"dan öndədir - UEFA reytinqi

11:56

Rio Ferdinand xəstəxanaya yerləşdirildi

11:38

İspaniya nəhənginin Holandı nə vaxt transfer edəcəyi bilindi - MƏBLƏĞ

11:20

"Mançester Yunayted" Amorimlə bağlı qərarını verdi - SON DURUM

11:02

"Məktəbə onun futbolkası ilə gedir, başıma da sarğı bağlayırdım" - Rafinya

10:46

Azərbaycanda bu stadiona FİFA sertifikatı verildi - FOTO

10:27

Azərbaycan oxatanları Avropa Kubokuna qatıldılar

10:09

Paracüdoçularımız DÇ-də mübarizəyə başlayır

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

Pikedən "Real"a atmaca - "Həmişə yaxşılar qalib gəlir"

09:00

"Mən Qvardiola və Mourinyu ilə müqayisədə heç kiməm" - Dünya çempionu olan məşqçi

01:06

Zamiq Albaniya çempionu oldu

00:44

İtaliya A Seriyası: "Fiorentina"nı da evə xalsız göndərdilər, "Roma"nı da

00:25

Konfrans Liqasının finalına hakim təyinatları açıqlandı

00:07

Türkiyə Super Liqası: Kardozo het-trik etdi, komandası qazandı

12 May 2025
23:37

Avropa Liqasının finalı almana tapşırıldı

23:09

Rafinyanın "Barselona"dakı aqibəti necə olacaq? - SON DURUM

22:52

Türkiyə klubunda gözlənilməz ayrılıq - Çempion məşqçini istefaya göndərdilər

22:27

Simeone "Napoli"dən ayrılır, İtaliyadan yox

21:50

Ranyerini bu iki mütəxəssisdən birinin əvəzləyəcəyi dəqiqləşdi - ADLAR

Facebookdan bizi izləməyi unutmayın.
X