Topaz Premyer Liqasının XIII turunun 2 oyunu canlı yayımlanacaq. Fanat.az xəbər verir ki, qarşılaşmalardan birini "İdman Azərbaycan", digərini Az.TV efirə verəcək.
İdman kanalı noyabrın 23-də, saat 15.15-də başlayacaq "Qarabağ" - AZAL matçını azarkeşlərə təqdim edəcək. Dövlət kanalı isə iki saat sonra start götürəcək "Qəbələ" - "Simurq" oyununu yayımlayacaq.
Noyabrın 24-də keçiriləcək "Xəzər Lənkəran" - "Neftçi" və "Sumqayıt" - "Bakı" qarşılaşmalarını da televiziya vasitəsi ilə izləmək mümkün olmayacaq. "Dalğa Arena"da keçiriləcək "Böyük oyun"u "Xəzər Lənkəran"ın rəsmi saytı yayımlayacaq.
Fanat.az