Topaz Premyer Liqasının XIII turunun oyunlarına təyinatlar açıqlanıb. Fanat.az xəbər verir ki, turun mərkəzi oyunu olan "Xəzər Lənkəran" - "Neftçi" matçı Elvin Əsgərova tapşırılıb.
"Qarabağ" - AZAL matçını İnqilab Məmmədov idarə edəcək. "Qəbələ" - "Simurq" görüşündə sabiq FIFA referisi Vüsal Əliyev fit çalacaq. "Sumqayıt" - "Bakı" oyununda isə Ramil Diniyev ədaləti qoruyacaq.
23 noyabr
Qarabağ - AZAL
Hakimlər: İnqilab Məmmədov, Yaşar Abbasov, Zeynal Zeynalov, Fariz Yusifov.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Hakim-inspektor: Kərim Ağayev.
Tofiq Bəhramov adına Respublika stadionu. Saat 15.15.
Qəbələ - Simurq
Hakimlər: Vüsal Əliyev, Elman Musayev, Rza Məmmədov, Mahir Məmmədov.
AFFA nümayəndəsi: Şaiq Həmidov.
Hakim-inspektor: Əhmədağa Cabbarov.
Qəbələ şəhər stadionu. Saat 17.15.
24 noyabr
Xəzər Lənkəran - Neftçi
Hakimlər: Elvin Əsgərov, Knyaz Əmiraslanov, Namiq Hüseynov, Əliyar Ağayev.
AFFA nümayəndəsi: Ramiz Mustafayev.
Hakim-inspektor: Gülağa Cabbarov.
“Dalğa Arena”. Saat 17.00.
Sumqayıt - Bakı
Hakimlər: Ramil Diniyev, Elşən Acalov, İsgəndər Əliyev, Orxan Məmmədov.
AFFA nümayəndəsi: Elbrus Abbasov.
Hakim-inspektor: Asim Xudiyev.
“Kapital Bank Arena”. Saat 17.00.
Fanat.az