Ölkəmizin U-17 yığması bu gün növbəti yoldaşlıq görüşünə çıxıb.
Fanat.Az xəbər verir ki, millimiz Bosniya və Hersoqovinanın Sarayevo şəhərində təşkil olunmuş təlim-məşq toplanışı çərçivəsində meydan sahibləriylə ikinci oyununu keçirib.
Təmsilçimiz 1:2 hesabı ilə uduzub. Komandamızın yeganə qolunu Turan Vəlizadə vurub.
Qeyd edək ki, yığmamız öncəki oyunda bu rəqibiylə 0:0 hesablı bərabərliyə razılaşmışdı.
Fanat.Az