Topaz Premyer Liqasının XIII turunda bu gün "Qəbələ"nin qonağı olacaq "Simurq" hazırlıqları tamamlayıb. Fanat.az xəbər verir ki, dünən qarşılaşmanın keçiriləcəyi meydançada məşqə çıxan Zaqatala klubu yağışlı havada bir saata yaxın çalışmaları davam etdirib.
Bundan sonra məskunlaşdığı oteldə istirahətə çəkilərək, oyunun start fitini gözləməyə başlayıb. İlk dövrədə doğma arenada "Qəbələ"yə məğlub olan Georgi Çixradzenin yetirmələri, bu qarşılaşmayada ciddi itkilərlə çıxacaq. Yarımmüdafiəçilər Murad Səttarlı və Vüqar Mustafayev səfərə komanda ilə birgə aparılmayıb. Onlar Zaqatalada qalaraq, fərdi hazırlıqları davam etdirib.
Fanat.az