"Qarabağ" Premyer Liqanın XIII turunda AZAL-ı qəbul edəcək. Fanat.az xəbər verir ki, artıq hər iki baş məşqçi start heyətini açıqlayıb.
"Qarabağ"ın baş məşqçisi "Bakı" matçı ilə müqayisədə "11-lik"də 5 dəyişiklik edib. Çalışdırıcı Qara Qarayev, Maksim Medvedev, Reynaldo Silva, Muarem Muarem və Rəşad Sadıqova bu dəfə şans verməyib. Qara, Maksim və Muarem ehtiyatda qalıb. Zədəli Reynaldo və kapitan Rəşad ümumiyyətlə "18-liy"ə düşməyib.
Qurbanov bu futbolçuların əvəzində Namiq Yusifov, Vüqar Nadirov, Admir Teli, Ansi Aqolli və Cavid Tağıyevə şans verib.
AZAL-ın baş məşqçisi Tərlan Əhmədov isə heç bir dəyişikliyə ehtiyac duymayıb. Salışdırıcı "Qəbələ" ilə oyundakı "11-liy"i olduğu kimi saxlayıb.
Fanat.az