"Mövsümün əvvəlində komandaya dəvət etdiyimiz futbolçular özlərini göstərə bilmirlər. Karyeralarına baxdıqda, hər biri tanınmış, uğur qazanmış futbolçulardı. Amma bu gün oyunları gözləniləndən çox-çox uzaqdı". Fanat.az xəbər verir ki, bu sözləri “Qəbələ”nin baş meneceri Zaur Əzizov deyib.
Klub rəsmisi yeni transferlərin aşağı səviyyəli oyunçular olduğunu bildirib: "Futbolçularla mütəmadi danışırıq. Çox təəssüf ki, bizi qane edən cavab da ala bilmirik. Artıq adaptasiya dövrünü də səbəb kimi göstərmək olmaz. Çünki bu 3-cü, 4-cü oyun deyil, mövsümün demək olar yarısını geridə buraxmağa hazırlaşırıq. Baş məşqçi deməsə də, özümüz də görürük ki, ötənilki lider futbolçularımızı əvəzetmək məqsədi ilə transfer olunan oyunçuların səviyyəsi çox aşağıdı".
Fanat.az