"Barselona"nın futbolçusu Arda Turan Barselona şəhərində baş verən terraktla bağlı fikirlərini paylaşıb.
Fanat.Az xəbər verir ki, türk futbolçu bu haqda "tvitter" hesabında yazıb:
"Dualarım hücumda həyatını itirənlər və yaxınları üçündür. Barselona üçün birlik vaxtıdır".
Qeyd edək ki, Kambrils şəhərində naməlum şəxslər avtomobillə piyada zolağına çıxmağa cəhd edib.
Nəticədə 7 nəfər xəsarət alıb. Ancaq terror aktını başa çatdırmaq terrorçulara müyəssər olmayıb. Polis şəxsləri zərərsizləşdirib. Bu hücum Barselonada 13 nəfərin həyatına son qoyan terraktdan cəmi bir neçə saat sonra törədilib.
Fanat.Az