"Baş məşqçi ilə bağlı qərarları rəhbərlik verir. Hazırda baş məşqçinin istefası gündəmdə deyil". Fanat.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş meneceri Zaur Əzizov deyib.
"Qəbələ" son iki oyunda cəmi 1 xal qazanıb. Klub rəsmisi bildirib ki, uğursuzluqlar davam etsə Dorinel Muntanyu istefaya göndərilə bilər: "Ardıcıl 4-5 oyunluq məğlubiyyət olsa, müəyyən tədbirlər görüləcək. Məncə, bunda qeyri-adi heç nə yoxdu. İstənilən komandada ardıcıl uğursuzluqlar olan belə addım atılır".
Fanat.az