Bu gün Topaz Premyer Liqasında II tura start verilib. Fanat.Az xəbər verir ki, turun ilk günündə iki qarşılaşma keçirilib.
Turun açılış matçı “Dalğa Arena”da təşkil olunub. İlk turun uğursuzları Bakı derbisində qarşılaşıb.
Premyer Liqanın debütantı “Səbail” ölkənin ən titullu klubu “Neftçi”ni qəbul edib. Hər iki komanda mövsümdə ilk xalını qazanmaq üçün mübarizə aparıb. Samir Əliyevin yetirmələri 90-cı dəqiqədə vurduğu qolla elitada ilk zəfərinə imza atıb.
Günün son matçı Suraxanıda baş tutub. Ötən mövsümün mükafatçıları “Qarabağ” və “İnter” münasibətlərinə aydınlıq gətirib.
Çempionlar Liqasında da uğurlu çıxışı ilə diqqət çəkən Ağdam təmsilçisi Premyer Liqada ardıcıl 2-ci qələbəsini qazanıb. Son vaxtlar sosial şəbəkələrdə futbolsevərlərin tənqid hədəfinə çevrilən Əfran oyunun sonlarında Almeydadan aldığı ideal ötürməni qola çevirib və yekun nəticəni müəyyənləşdirib.
Qeyd edək ki, tura sabah keçiriləcək iki matçla yekun vurulacaq.
Premyer Liqa
2017/18 mövsümü
I dövrə, II tur
19 avqust
Səbail - Neftçi - 1:0
Qol: Elman Taqayev, 90
Səbail: 1. Emil Balayev, 3. Tamazi Tsetsxladze, 8. Aqşin Muxtaroğlu, 10. Nurlan Novruzov, 11. Elman Taqayev, 17. Vüqar Nadirov, 20. Elton Yaqublu (k), 23. Ayron Statye, 25. Eqdaras Zarskis, 66. Pərviz Qaraxanov, 99. Maudo Jarjue.
Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 2. Sahil Mirzəyev, 4. Amit Quluzadə, 5. Seymur Əsədov, 7. Emin Mehdiyev, 9. Raul Yaqubzadə, 13. Murad Musayev, 26. Kamal Qurbanov, 69. Renan Telles, 77. Təyyar Məmmədov, 98. Kamran Əliyev.
Baş məşqçi: Samir Əliyev.
Neftçi: 1. Səlahət Ağayev, 3. Mateo Mujek, 6. Pavel Dreksa, 15. Ruslan Abışov (k), 10. Derlis Meza Kolli, 11. İqnasio Herrera, 12. Daniel Seqovia, 17. Rəhman Hacıyev, 21. Məhəmməd Mirzəbəyov, 25. Kiril Petrov, 97. Elnur Cəfərov.
Ehtiyat oyunçular: 94. Rəşad Əzizli, 53. Maksim Vaylo, 5. Anton Krivotsyuk, 4. Rahil Məmmədov, 7. Namiq Ələsgərov, 9. Uqo Barqas, 19. Fəhmin Muradbəyli, 22. Mirabdulla Abbasov, 23. Tərzin Cahangirov, 26. Ömər Buludov, 27. Məqsəd İsayev, 51. Elçin Əsədov.
Baş məşqçi: Elxan Abdullayev.
Hakimlər: Ramil Diniyev, Mübariz Haşımov, İsgəndər Əliyev, Orxan Məmmədov.
AFFA nümayəndəsi: Ramiz Abdullayev.
Hakim-inspektor: Füzuli Nəcəfov.
“Dalğa Arena”.
Qarabağ - İnter - 1:0
Qol: Əfran İsmayılov, 89
Qarabağ: 1. Anton Kanibolotski, 7. Rahid Əmirquliyev, 9. Dino Ndlovu, 14. Rəşad Sadıqov (k), 21. Arif Daşdəmirov, 22. Əfran İsmayılov, 30. Abbas Hüseynov, 32. Elvin Yunuszadə, 33. Eltun Turabov, 88. Elşən Abdullayev, 91. Coşqun Diniyev.
Ehtiyat oyunçular: 13. İbrahim Şehiç, 12. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 3. Turan Manafov, 5. Maksim Medvedev, 8. Migel Madera, 11. Mahir Mədətov, 17. Donald Gerrye, 20. Riçard Almeyda, 23. Elgün Uluxanov, 39. Zaur Fərzəliyev, 55. Bədavi Hüseynov.
Baş məşqçi: Qurban Qurbanov.
İnter: 1. Orxan Sadıqlı, 33. Tərlan Quliyev, 27. Adrian Skarlatake, 3. Denis Silva (k), 22. İlkin Qırtımov, 19. Mirhüseyn Seyidov, 4. Slavik Alxasov, 10. Elnur Abdullayev, 20. Aqşin Quluzadə, 6. Samir Zərgərov, 9. Pərdis Fərcad-Azad.
Ehtiyat oyunçular: 16. Şahin Zəkiyev, 2. Sertan Taşkın, 88. Məmməd Quliyev, 7. Mirsahib Abbasov, 66. Murad Qayalı, 65. Cabir Əmirli, 77. Oleq Hüseynov
Baş məşqçi: Zaur Svanadze.
Hakimlər: Rauf Cabbarov, Azər Əsgərov, Elman Musayev, İnqilab Məmmədov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Hakim-inspektor: Murad Məmmədov.
“Azərsun Arena”.
Fanat.Az