AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Fanat.az xəbər verir ki, komitə üzvləri əvəzedici heyətlərin çempionatının XIII və XIV turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib:
Əvəzedici heyətlərin XII turunun “Simurq” - “Neftçi” matçında “Simurq” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur.
* Oyunun 85-ci dəqiqəsində “Simurq” klubunun 40 №-li futbolçusu Sərxan Abbaslı aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyun cəzalanır, klub 2000 manat cərimə olunur.
Əvəzedici heyətlərin XIII turunun “Qarabağ” - AZAL matçında “Qarabağ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur.
Əvəzedici heyətlərin XIII turunun “Qəbələ” - “Simurq” matçında “Qəbələ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur.
Fanat.az