“Səbail” bir futbolçusu ilə yolları ayırıb.
Fanat.Az paytaxt təmsilçisinin feysbuk səhifəsinə istinadən xəbər verir ki, Emin Cəfərquliyev şəxsi işləri ilə əlaqədar klubdan ayrılmaq istədiyi barədə rəhbərliyinə müraciət edib.
27 yaşlı müdafiəçinin müraciəti müsbət qarşılanıb və onunla müqaviləyə xitam verilib.
Qeyd edək ki, ötən mövsüm AZAL-da çıxış etmiş Cəfərquliyev bu yay “Səbail”lə 1 illik müqavilə bağlamışdı.
Fanat.Az