Topaz Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətlərinin yarışında II tura yekun vurulub. Fanat.Az xəbər verir ki, ikinci oyun günü məhsuldarlığı ilə diqqət çəkib.
“Zirə” səfərdə “Kəpəz” 2:1 hesabı ilə yenibsə, Qəbələdə qol yağışı qeydə alınıb. 10 qolun vurulduğu matçda meydan sahibləri “Sumqayıt”ı 9:1 hesabı ilə üstələyib.
Əvəzedicilərin çempionatı
II tur
21 avqust
“Kəpəz” - “Zirə” - 1:2
Fərid Məmmədov, 62 (p.) - Elçin Əliyev, 58; Muxtar Əliyev, 65 (p.)
“Qəbələ” - “Sumqayıt” – 9:1
Ülvi İsgəndərov, 4, 5, 48, 58; Tural Məmmərzəyev, 37; Rövlan Muradov, 45; Fərid Nəbiyev, 49; Nurlan Quliyev, 62, 72 - İsmayıl Babayev, 7
Fanat.Az