“Neftçi”nin sabiq baş məşqçisi Arif Əsədov Azərbaycan çempionunun Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Albaniya “Skenderbeu”suna məğlubiyyətini şərh edib. Azerisport.az saytına müsahibəsində o, bunları söyləyib:
“Təəssüf ki, “Neftçi” mübarizəni bu mərhələdə dayandırdı. Onlar bu rəqibi keçməyə borclu idilər. Amma görünür, Albaniya çempionu komandamızı yaxşı analiz etmişdi. Cavab oyununda rəqib həm taktiki, həm də fiziki cəhətdən çempionumuzu üstələyirdi. Böyükağa Hacıyevin bu uğursuzluğa görə istefa verməsinə gəlincə, mənə elə gəlir ki, o, postunda qalmalıdı. İstəməzdim ki, mənim yolumu təkrarlasın. Mən o vaxt ÇL-dəki uğursuzluqdan sonra istefa verəndə Hacıyev bəyan etmişdi ki, getmək üçün kişilik lazımdı. Amma mən indi deyirəm ki, onun komandada qalması daha yaxşı olardı”.
İdman24.az