Bu gün Çempionlar Liqasında II təsnifat mərhələsinin cavab oyunlarına yekun vurulacaq. Apasport.az saytının məlumatına görə, son matç günündə 4 qarşılaşma baş tutacaq.
Bu matçlarda əsasən Polşa “Legiya”sını həm şanslı, həm də fovarit saymaq olar. Çünki ilk oyunda polşalılar səfərdə Uelsin TNS klubuna 3:1 hesabı ilə qalib gəlməyi bacarmışdı.
“Ludoqorets” isə evində “Slovan”ı üstələməyə çalışacaq.
Qeyd edək ki, ötən gün Çempionlar Liqasında yeganə təmsilçimiz “Neftçi” səfərdə Albaniyanın “Skenderbeu” klubuna minimal hesabla məğlub olub, turnirlə vidalaşdı.
Çempionlar Liqası
II təsnifat mərhələsi (cavab oyunu)
24 iyul
22:30. “Ludoqorets” (Bolqarıstan) - “Slovan” (Slovakiya)
İlk oyun – 1:2
23:00. “Maribor” (Sloveniya) - “Birkirkara” (Malta)
İlk oyun – 0:0
23:00. “Legiya” (Polşa) - TNS (Uels)
İlk oyun – 3:1
23:45. “Partizan” (Serbiya) - “Şirak” (Ermənistan)
İlk oyun – 1:1
İdman24.az