Avropa Liqasının qrup mərhələsində V turun oyunları keçirilib. Fanat.az xəbər verir ki, Azərbaycan çempionu "Qarabağ" səfərdə meydana çıxıb.
Qurban Qurbanovun başçılıq etdiyi komandamız "Sent-Etyen"in qonağı olub. Sent-Etyendəki "Ceffri Quiçard" stadionunda baş tutan oyunda hesabı 15-ci dəqiqədə Vüqar Nadirov açıb. Meydan sahibləri buna 21-ci dəqiqədə Rikki van Volfsvinkelin qolu ilə cavab verib. Bundan sonra oyunda qol olmayıb və matç 1:1 hesabı ilə başa çatıb.
Qrupun digər oyununda isə "İnter" "Dnepr"i qəbul edib. Milan hesabda geri düşdüyü və qırmızı vərəqə aldığı oyunda 2:1 hesablı qələbə qazanıb.
5 turdan sonra F qrupunun turnir cədvəlinə "İnter" başçılıq edir. Milan klubunun aktivində 11 xal var. 2-3-cü pilləni turan "Qarabağ"la "Sent-Etyen"in aktvində 5 xal var (fransızlar bütün oyunlarda heç-heçə edib). Son pillədəki "Dnepr" isə 4 xal toplayıb.
"Qarabağ" son turda artıq 1/16 finala vəsiqəni təmin edən "İnter"i qəbul edəcək. "Sent-Etyen" isə "Dnepr"in qonağı olacaq. 1/16 finala ikinci vəsiqənin sahibi bu matçlarda müəyyənləşəcək. Oyunlar dekabrın 11-də keçiriləcək.
Avropa Liqası
Qrup mərhələsi
V tur, 27 noyabr
F qrupu
Sent-Etyen (Fransa) - Qarabağ (Azərbaycan) 1:1
Qollar: Rikki van Volfsvinkel, 21 - Vüqar Nadirov, 15.
Sent-Etyen: 16. Stefan Ruffier, 2. Kevin Teophile-Katerin, 6. Ceremi Kleman, 7. Maks Qardel, 10. Renaud Koad (11. Yohan Mollo, 67), 13. Rikki van Volfsvinkel (19. Florenten Poqba, 90+1), 18. Fabien Lemoin, 20. Conatan Brison, 21. Romain Hamuma (22. Kevin Monne-Pake, 63), 24. Loik Perren (k), 26. Mustafa Bayal Sall.
Ehtiyat oyunçular: 30. Cessb Mulin, 8. Benjamin Kornet, 23. Paul Baysse, 28. İsmarl Dimande.
Baş məşqçi: Kristof Qaltye.
Qarabağ: Qarabağ: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 7. Namiq Yusifov (24. Admir Teli, 75), 10. Muarem Muarem, 14. Rəşad Sadıqov (k), 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov, 41. Leroy Corc (18. İlqar Qurbanov, 62), 17. Vüqar Nadirov (99. Namiq Ələsgərov, 79).
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 3. Tərlan Quliyev, 6, Hacı Əhmədov, 33. Şəhriyar Əliyev.
Baş məşqçi: Qurban Qurbanov.
Sarı vərəqələr: Fabien Lemoin, 90+3 - Leroy Corc, 48. Maksim Medvedev, 74.
Hakimlər: Kristinn Yakobsson, Siqurdur Oli Torleifsson, Qunnar Qunnarsson, Gilfi Mar Siqurdsson (İslandiya).
Əlavə köməkçi hakimlər: Toroddur Hyaltalin, Torvaldur Arnason (İslandiya).
UEFA nümayəndəsi: Tobias Volf (Almaniya).
Hakim-inspektor: Jouni Hyytia (Finlandiya).
Sent-Etyen. "Ceffri Quiçard" stadionu.
1 | İnter | 5 | 3 | 2 | 0 | 6:2 | 11 |
2 | Qarabağ | 5 | 1 | 2 | 2 | 3:5 | 5 |
3 | Sent-Etyen | 5 | 0 | 5 | 0 | 2:2 | 5 |
4 | Dnepr | 5 | 1 | 1 | 3 | 3:5 | 4 |
Fanat.az