“Neftçi”nin sabiq baş məşqçisi Ağasəlim Mircavadov Azərbaycan çempionunun Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Albaniya “Skenderbeu”suna məğlubiyyətini şərh edib. Azerisport.az saytına müsahibəsində o, bunları söyləyib:
“Mən “Neftçi”nin nəticəsinə görə çox məyus oldum. Komandamız bu rəqibi keçməliydi. Albanlar ilk oyunda olduğu kimi, bu dəfə də müdafiədən oynadılar. Rəqib hər iki oyunda çox intizamlı çıxış etdi. Lakin istənilən halda “Neftçi” bu komandaya ən azı bir qol vurmalıydı. Uğursuzluğa baxmayaraq, Böyükağa Hacıyevin komandada qalmasını istəyirəm. O, bu komanda üçün çox işlər görüb. Klub öz yolunu davam etdirməlidi. Rəhbərlik ona inanmalıdı”.
İdman24.az