18:03 27.11.2014 939

"Aslan olmasaydı, o hakim cəzalancaqdı" -Ramin Musayev

Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevin müsahibəsi

- Azərbaycan futbolunda qalmaqallar, xüsusən də klubların narazılıqları həmişə olub. Bu tendensiya nədən qaynaqlanır - klubların, yoxsa Peşəkar Futbol Liqasının ədalətsizliyindən?
- Elə bir futbol olan ölkə varmı ki, orada qalmaqal olmasın? Deyərdim ki, qalmaqalsız futbol yoxdu. Əgər haradasa futbol varsa, mütləq orada qalmaqal olmalıdı. Bilirsiniz ki, futbol bütün idman növlərinin şahıdı. Bir sözlə, futbolun gözəlliyi elə onun qalmaqalındadır... O ki, qaldı ədalətsizliyə, Peşəkar Futbol Liqası nə iş görür ki, orada ədalətsizlik olsun? Bizim işimiz ondan ibarətdi ki, təqvim qurulsun. İstəsək belə, qalmaqal yarada bilmərik. Yəni, bu bizdən tamamilə uzaqdı. Sadəcə, PFL-in adı ona görə hallanır ki, bu, klublar tərəfindən seçilən bir qurumdu. Klublar tərəfindən seçilən bir qurum olduğuna görə, onlar, sözsüz ki, bir problem olanda bizə müraciət etməlidilər. Bizə də müraciət edirlər, əgər klub tərəfindən olan etirazlarda haqladılarsa, ədalətsizliyin qarşısı alınır. Biz çalışırıq ki, hər hansı bir kluba qarşı haqsızlıq olmasın. 

- Son günlər yenə də hakim səhvləri ilə bağlı narazalıq yaranıb. Yenə də “Neftçi” odun üstünə yağ töküb. AFFA-nın prezidenti Rövnəq Abdullayevə digər klublardan bir köynək yaxın olan komandanın belə narazılıqları, əslində, AFFA-nın və elə Rövnəq Abdullayevin fəaliyyətinə kölgə salmırmı? Doğrudanmı, hakim səhvləri belə narazılıqlar, etirazlar üçün rəvac verir?
- Əvvəla adını çəkdiyiniz klubun Rövnəq Abdullayevə o biri komandalardan yaxın deyil. Rövnəq Abdullayev və Ramin Musayev üçün hər bir klub eynidi. Bu səmimi sözümdü. Həqiqətən də, belədi. Qaldı ki “Neftçi” tərəfinin həmin oyunla bağlı səs küy salmasına, onların etirazının əsası var. Çünki həmin oyunda hakim səhvi olmuşdu. Sadəcə, mən bu gün desəm ki, klublar niyə hakim səhvinə səs-küy salırlar, bu, bir az düzgün olmazdı. Çünki vaxtı ilə mən də səs-küy salmışam, hələ bunların atasına rəhmət... (gülür) Mən onları haqsız saymıram. Və bu etirazda böyük bir qəbahət də görmürəm. İnsan öz haqqını tələb etməlidi. Yenə deyirəm, hakim səhvi olub. Hakim səhvi hər bir oyunda ola bilər. Bir oyunda hakimin səhvi olur. Klub qalib gəlir, ya da uduzarsa, yaxşı oyun göstərdiyinə görə, məsələyə münasibət bildirmir. Bilirsiniz, bizim özümüzün operatorlarımız var, futbol matçını lentə alırlar. İstər klub tərəfindən şikayət olsun, istər olmasın, biz həmin epizodları özümüz izləyirik. Sizə bir epizodu danışım. “Neftçi” və “Bakı” arasında oyun gedirdi. Həmin oyuna 6 kamera göndərmişdik. Bu görüşdə “Bakı”nın oyunçusu “Neftçi”nin qapısına hücum vaxtı hər kəs qışqırdı ki, “11 metrlik zərbə”. Şəxsən özüm də stadionda bunu gördüm ki, 11 metrlik cərimə olmalıdı. Hakim Elçin Məmmədov cəriməni vermədi. Matçın nəticəsindən asılı olmayaraq, oyun qurtaran kimi 6 hakim - mən də daxil olmaqla - otağıma toplaşdıq. Həmin gün 6 kameradan 5-də peşəkar operator işləyirdi, bir nəfəri isə yeni işə götürülmüşdü. Beş kameradan baxdıq ki, doğrudan da, hakim səhv edib. Hakim gözünün qarşısındaca 11 metrli cəriməni verməyib. Hamımız qərar qəbul etdik ki, hakim bunu qəsdən edib, o cəzalanmalıdı. Amma Aslan Şahgəldiyev o biri otaqdan mənə zəng etdi ki, Ramin müəllim, qərar verməyə tələsməyin, bir epizod da var, onu gətirək baxaq. İlk dəfə stadiona gəlib, çəkiliş aparan operator elə bir epizodu tutmuşdu ki, burada hər şey açıq görmüşdü. Bu qeyri-peşəkar videooperatorun çəkilişlərini izlədikdən sonra gördük ki, hakim düz qərar verib. Hakim səhv edə bilər, məsələn, oyunçu öz qapısına qol vurursa bunu bilərəkdən etmir ki. Bu səhvlər olmalıdı, olacaq da... Bununla bağlı işlərimiz də gedir. Hakim böyük səhvə yol verərsə, bunun cəzasını öncədən açıqlamırıq. Ancaq heç bir hakim bu günə qədər cəzasız qalmayıb.

- Azərbaycan çempionatı Avropada 28-ci pillədədi. Amma bir məqam var: Avropada hətta 48-ci pillədə qərarlaşmış ölkənin də çempionatında klublara yayıma görə vəsait ödənilir. Azərbaycan isə Avropada yeganə ölkədi ki, çempionatda klublar yayımdan gəlir əldə etmirlər. Niyə Avropada nüfuzu artan Azərbaycan Premyer Liqasına ölkədə sanballı sponsor tapılmır? Bəlkə, PFL keçirdiyi çempionatın piar işini yaxşı qura bilmir?
- Niyə ki. Bizim çox gözəl sponsorumuz var - “Topaz”.
 
- Sizcə, həqiqətən belədi?
- Bəli. Bizə lazımi maddi köməyi edir. Bundan başqa, futbolun inkişafı naminə də “Topaz” az iş görməyib. Premyer Liqaya sponsorluq edir, hətta I diviziona belə öz yardımlarını əsirgəmir.
 
- Digər şirkətlərlə rəqabət mühiti yaranmışdımı?
- Yarandı, amma biz “Topaz”ı seçdik. Bu il də, artıq, növbəti çempionat üçün təkliflər gəlib. “Topaz” rəhbərliyinin də bundan xəbəri var və müzakirələr gedir.

- AFFA prezidenti Klublar Birliyinin yaradılması ilə bağlı sərəncam imzalayıb. PFL olan yerdə Klublar Birliyi nəyə lazımdı? Klublar, onsuz da, PFL-də birləşiblər. Belə söz-söhbət gəzir ki, Klublar Birliyi PFL-ə alternativ qurum kimi yaradılır və bir müddətdən sonra PFL fəaliyyətini dayandıracaq.
- Yox, PFL fəaliyyətini dayandırmayacaq. O, qurum deyil, sadəcə, bir komitədi. Məşqçilər komitəsi yaradılan kimi, klublar birliyi komitəsi də yaradılır. Klublarda yeniliklər, legioner limiti ilə bağlı söhbət olanda klublar birliyinin fikri maraqlı olacaq. Bir sözlə, bunun PFL-ə heç bir ziyanı yoxdu, narahat olmayın.

- Siz necə fikirləşirsiniz, milli komandaya əcnəbi, ya yerli məşqçi rəhbərlik etməlidi?
- Bu sual mənə aid deyil.
 
- Bir peşəkar kimi fikrinizi bilmək maraqlı olardı...
- Əgər dünya miqyasında və keçmiş iş fəaliyyətində nailiyyətlər qazanmış məşqçi olarsa, sözsüz ki, bizimkilərdən çox, əcnəbi məşqçi olsun deyərəm.
 
- Jurnalistin “Ramin Musayevin mətbuatda qıcıq yaratdığını düşünürsünüz” sualına “adım, soyadım mətbuatda qıcıq yaradır” demisiniz. Niyə belə düşünürsünüz?
- Deməli, söhbət PFL-in 6 illiyindən gedir. Həmin il bizim çempionatın reytinqi 60 pillə irəliləmişdi. Bu da dünyada rekorddu. Bu zaman jurnalist belə sual verir ki, “Bu rekorda baxmayaraq, siz mətbuatda qıcıq yaradırsınız”. Mən də “ad-familyam yaradır” dedim.

- Övladınız bir vaxtlar “Qarabağ”a transfer olmuşdu. Bunu çoxları Qurban Qurbanovla olan dostluğunuzla bağladı. İndi oğlunuz futboldan uzaqlaşıb deyəsən...  
- Oğlumun bu yaxında 25 yaşı oldu. Və Allaha şükürlər olsun ki, gec də olsa, 23 yaşında ayıldı ki, atam “bala, futboldan çıx get” deyəndə düz deyib. (gülür) O, hazırda Parisdə ixtisası üzrə təhsilini davam etdirir.
 
- “Qarabağ”ın Avrokubokdakı şansını necə dəyərləndirirsiniz?
- Çox gözəl dəyərləndirirəm. Həm “Qarabağ”, həm də “Neftçi” Azərbaycan futbolunda öz sözünü demiş klublardı. Arzu edirəm ki, klublarımızın davamı gəlsin. “İnter” də yaxınlaşmışdı, əfsuslar olsun ki, bolqar hakim imkan vermədi. Deyərdim ki, bəlkə də, bu gün “İnter” “Qarabağ”la özünü eyni səviyyədə göstərəcəkdi. Yəqin ki, “Qarabağ” “Sent-Etyen”lə oyunda bizi sevindirəcək.

publika.az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

10 İyul 2025
01:08

ÇL: "Qarabağ"ın rəqiblərinin duelində İrlandiya təmsilçisi sevindi

01:04

PSJ "Real"ı darmadağın edib ikinci finalçı oldu

09 İyul 2025
23:50

"Azərreyl" serbiyalı voleybolçu ilə anlaşdı

23:12

"Zirə" Türkiyədə qalib gəldi

22:40

"Sabah"ın qapıçısı 2-ci Liqa klubuna qoşulmağa yaxındır

22:17

Paraqvaylı hücumçu İPL klubunu Braziliya təmsilçisinə dəyişdi - RƏSMİ

21:43

Cavid İmamverdiyev bu kluba keçir

21:18

Orxan Sadıqlı "Şəmkir"dən niyə ayrılıb? - SƏBƏB

20:46

"Qalatasaray" Barışın əvəzinə ''Bayern Münhen"in ulduzunu gətirir

20:18

PFL Azərbaycan Kubokunun finalı ilə bağlı qərarını qətiləşdirdi

19:57

Teves Argentina klubunun baş məşqçisi oldu - RƏSMİ

19:15

"Olimpik Lion" Liqa 2-yə göndərilməyəcək - RƏSMİ

18:44

Kim yatmış, kim oyaq? - MPL klublarının yay hazırlığı haqda yazı

18:20

"Araz-Naxçıvan" Türkiyə təmsilçisini 14 cavabsız qolla yendi

17:55

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:41

Kamal Quliyev keçmiş oyunçusunu özünə köməkçi götürdü

17:23

"Şamaxı" Səbayılla da vidalaşdı - RƏSMİ

17:05

''Beşiktaş''da ayrılıq yaşanacaq - SON DURUM

16:46

37 yaşlı Allahquliyev bu komandada oynayacaq

16:28

"Sabah"ın Avroliqa oyununa satılan bilet sayı açıqlandı

16:09

"Zirə"nin səfər oyunu italiyalı referiyə tapşırıldı

15:51

"Gəncə"də yeni məşqçi təyinatı reallaşdı

15:33

Ançelottinin oğlu Braziliya klubunun baş məşqçisi oldu

15:15

"Səbail" 2 legionerindən qurtula bilmir

14:56

Madrid nəhəngi hücumçusu ilə bağlı qərarını verdi - SON DURUM

14:22

Muslera Argentina karyerasına məğlubiyyətlə başladı

14:04

"Liverpul"un ulduzu Bodrumda villa alıb

13:45

Azərbaycan millisi Avropa çempionatında növbəti mərhələyə yüksəldi

13:27

"Kəpəz"də növbəti ayrılıq - RƏSMİ

13:08

Riera Bakıya iddialı gəlir - "Yenidən qrup mərhələsində oynamaq istəyirik"

12:50

"İndiki durumda belə planlar qurmaq real deyil" - Vüqar Nadirov

12:31

''İnter''in hücumçusu ''Fənərbağça'' yolunda - Danışıqlar başladı

12:13

"Qalatasaray" ilə "Napoli" Osimhenlə bağlı razılığa gəldi - SON DURUM

11:54

"Dəyişişlik olsun deyə, evi söküb yenidən tikməyə ehtiyac yoxdur" - Vaqif Sadıqov "Sabah"ın oyununu dəyərləndirdi

11:35

"Araz-Naxçıvan"ın ÇL oyunlarının təqvimi bilindi

10:58

"Sele"nin "Sabah"la oyunlar üçün sifariş ərizəsi açıqlandı - SİYAHI

10:41

Cavid İmamverdiyev klubsuz qaldı

10:22

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:04

"Araz-Naxçıvan" Türkiyədə ilk oyununa çıxır

09:45

"Yuventus" Vlahoviçlə bağlı qərarını qətiləşdirdi

Facebookdan bizi izləməyi unutmayın.
X