Topaz Premyer Liqasının XIV turunda doğma arenada "Qarabağ"la qarşılaşacaq "Simurq" hazırlıqlarını davam etdirir. Fanat.az xəbər verir ki, "Qəbələ" ilə oyundan sonra iki günlük istirahət edən Georgi Çixradzenin yetirmələri gündə bir dəfə olmaqla məşqə çıxır.
Çalışmalarda uzun müddətdi zədədən əziyyət çəkən Banas Adam və Murad Səttarlıda iştirak edir. Onların oynayıb-oynamayacağı komadanının həkimi və məşqçilər korpusunun qərarından asılı olacaq.
"Qarabağ"la görüşdə zədəli Vüqar Mustafayev və sarı vərəqə limitini dolduran İlkin Qırtımov forma geyinə bilməyəcək.
Fanat.az