"Qarabağ"la yanaşı, digər klublarımız və Azərbaycan milli komandası son illərdə çıxış etdiyi turnirdə rəqiblərinə çətin anlar yaşatmağa başlayıb. Bugünkü səviyyəyə gəlib çatmağımızın əsl səbəbi səbr və sabitlikdi". Fanat.Az xəbər verir ki, bu sözləri "Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl deyib.
Türkiyənin "Sabah" qəzetinə açıqlama verən klub rəsmisi görülən işlərdən danışıb: "Təbii ki, bu nəticələrin davamlı olması bizlər üçün daha önəmlidi. Lazım olan bütün işləri AFFA ilə birlikdə görürük" "Qarabağ" 2001-ci ildən rəhbərlik edirik. Əvvəlcə Türkiyədə Hamdi Serpil Tüzünlə çalışmağa başladıq. 2009-cu ilə qədər bizimlə birlikdə olan dəyərli məşqçimizin yetişdirdiyi futbolçular hələ də Azərbaycan klubları və milli komandalarında uğurla çıxış edir".
Tahir bəy Qurban Qurbanovla bağlı danışıb: "Baş məşqçimiz Qurban Qurbanovun 2008-ci ildə gəlişi ilə "Qarabağ" üçün yeni bir dönəm başladı. Bildiyiniz kimi, 3 il ardıcıl Avropa Lmnasının qrup mərhələsində mübarizə apardıq. Bu ilki hədəfimiz Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmaq idi və bunu bacardıq. Heyətimiz daha yaxşısını bacaracaq birliyə, bərabərliyə və motivasiya"ya sahibdi".
Fanat.Az