Premyer Liqanın XIV turunda oyun keçirməyən “Xəzər Lənkəran” yenidən məşqlərə ara verib. Fanat.az xəbər 12cioyuncu.info-ya istinadən verir ki, komanda dünən “Bayıl Arena”da keçirdiyi növbəti məşqin ardından sərbəst buraxılıb.
İki gün istirahət edəcək komanda dekabrın 1-də bir araya gələrək hazırlıqlara davam edəcək.
Qeyd edək ki, “Xəzər Lənkəran” Premyer Liqanın XIV turunda istirahət edəcək. Buna səbəb "Araz Naxçıvan"ın çempionatdan imtinası olub. Lənkəran klubu XV tur çərçivəsində, dekabr ayının 7-də “Qəbələ”ni qəbul edəcək.
Fanat.az