“Biz iki il öncəTəl-Əviv “Makkabi”si ilə oyuna gedəndə çox böyük problemlərlə üzləşmişdik. Çox böyük əzab çəkmişdik. Amma bir neçə gün öncə Hayfa şəfərinə baş tutan səfərdən çox razı qaldıq. Bizi çox yaxşı qarşıladılar, yaxşı da yolasaldılar. Hər hansı bir problemimiz olmadı”. Fanat.az xəbər ki, bu sözləri cənubluların mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu deyib.
Cəbrayıloğlu açıqlamasında İsraillə İran arasında siyasi gərginlikdən dolayı qonaq komandanın narahat olduğunu bildirib: “Makkabi”nin Lənkərana çox sayda mühafizəçi ilə gəlməsinin Azərbaycan və ya Lənkəranla heç bir əlaqəsi yoxdu. Məsələ burasındadı ki, Lənkəran İrana yaxındı. İran və İsrail arasındakı münasibətlərin necə olması hər kəsə məlumdu. Bu mənada, “Xəzər Lənkəran” – “Makkabi” oyunu İsrail dövlətinin nəzarətindədi. Biz də “Xəzər Lənkəran” olaraq, təhlükəsizliyin tam təmin olunması üçün çalışacağıq”.
Qeyd edək ki, “Makkabi” dünəndən Lənkərandadır. Oyun sabah saat 21:00-da mərkəzi stadionda baş tutacaq
İdman24.az