“Həqiqətən də çox xoşbəxtəm. Çünki arzumuzu həyata keçirdik. Mərhələ keçəcəyimizi çoxdan gözləyirdik”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Skenderbeu”nun kapitanı Bledi Şkembi deyib.
Çempionlar Liqasının III təsnifat mərhələsinə çıxmaq üçün “Neftçi”yə cavab oyununda əlavə vaxtda 1:0 hesabı ilə qalib gəlməklə nail olan albaniyalıların lideri meydanda bütün gücünü qoyan komandası ilə fəxr etdiyini bildirib: “Mən əminliklə deyə bilərəm ki, oyunda hegemonluq etdik. Çox diqqətli oynayırdıq. Oyunumuzun əla olduğuna əminəm. “Neftçi” ilə oyunda qələbəmiz 1:0 hesabından böyük ola bilərdik. Bununla belə, əsas odur ki, biz tarixə düşdük. Təkcə öz formamız, şəhərimiz görə yox, bütün Albaniya futboluna görə fəxr edirik. Daha irəli gedə biləcəyimizə inam var”.
İdman24.az