"Əgər biz erkən qol vursaq, rəqibə növbəti mərhələyə adlamaq üçün 4 top lazım olacaq. Ancaq futbol 90 dəqiqə oynanılır".
Qol.Az-ın məlumatına görə, bu sözləri "Tromse" klubunun futbolçusu Maqnus Andersen deyib.
27 yaşlı yarımmüdafiəçi "İnter"lə oyunda erkən qol vurmalı olduqlarını bildirib: "Biz erkən qol vurub, sonradan müdafiədə oturmalıyıq. Futbolda qollar çox sürətli vurulur. Ona görə də biz A-dan Z-yə qədər hazır olmalıyıq. Yalnız belədə isti havada oynamaq bizə promlem yaşatmayacaq".
Qeyd edək ki, "İnter" - "Tromse" oyunu sabah, saat 21:00-da başlayacaq.
İdman24.az