3 gün öncə "Turan Tovuz"a baş məşqçi təyin olunan Səlahəddin Dərvənd bu gün doğum gününü qeyd edir. Fanat.az xəbər verir ki, türkiyəli mütəxəssis 49-cu doğum gününü klubun bazasında rəhbərlik və futbolçularla birlikdə qeyd edib.
Klub prezidenti Namiq Məstanov və futbolçular Dərvəndi doğum günü münasibəti ilə təbrik edib xoş arzular diləyiblər. O da öz növbəsində təşəkkürünü bildirib və arzularının məhz bu kollektivlə eyni olduğunu birlikdə uğurlu və xoş günlər keçirməyi diləyib.
Fanat.az