"Cim Bom" "Barselona"da o qədər də yaxşı günlər keçirməyən Arda Turan dəftərini bağlamır.
Fanat.Az xəbər verir ki, klub meneceri Ahmet Bulutdan Ardanın son durumunu soruşacaq. Ötən günlərdə Bulutun Ardanı heyətinə qatmaq istəyən "sarı-qırmızlar"a "Barselona"nın şərtlərini çatdıracağı bildirilmişdi.
"Qalatasaray" Ardanı əvvəlcə icarəyə götürmək, daha sonra tam transferini həyata keçirmək niyyətindədi. "Barselona"da istədiyi şansı tapa bilməyən Ardanın da "Qalatasaray"a gəlmək istədiyi bildirilir.
Fanat.Az