AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Fanat.Az xəbər verir ki, komitə üzvləri əvəzedicilərin çempionatının III turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib.
"Səbail"in məşqçisi Toğrul Əhmədov "İnter"lə oyunun 43-cü dəqiqəsində texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırılıb. AFFA onu 1 oyunluq cəzalandırıb, klubu 400 manat cərimələyib.
"İnter" "Səbail"lə, "Kəpəz" "Neftçi" ilə oyunda 4 futbolçusu sarı vərəqə aldığından 400 manat cərimə edilib.
"İnter" II turun oyununa görə də cərimələnib. Belə ki, "Qarabağ"la oyunda 4 futbolçusu sarı vərəqə alan kluba 400 manat cərimə kəsilib.
Fanat.Az