Milli komandamızın sabiq üzvü Ruslan Əmircanovun yeni klubu müəyyənləşib.
Aut.az-ın əldə etdiyi məlumata görə, 32 yaşlı müdafiəçi karyerasını Premyer Liqada davam etdirəcək.Belə ki, Ruslan "Səbail"ə keçib. Artıq tərəflər arasında anlaşma əldə olunub. Əmircanov milli komandaların oyunlarına görə Premyer Liqada yaranmış fasilədən sonra yeni komandasında debüt edəcək.
Qeyd edək ki, son iş yeri AZAL olan Ruslan bundan başqa "Ümid", "Ədliyyə", "Karvan", "Standard", "Neftçi" "İnter" və "Qəbələ"də çıxış edib. Milli komandada 5 oyun keçirən müdafiəçi "Neftçi"nin heyətində 2 dəfə Azərbaycan çempionu olub.
Fanat.Az