12:18 03.09.2017 606

"Turan Tovuz" çempionluq iddiasından əl çəkdi

"Turan Tovuz" 2017/18 mövsümünün hazırlığını davam etdirir. Fanat.Az xəbər verir ki, 10 gündən çoxdur davam edən təlim-məşq toplanışının ilk mərhələsi əsasən seleksiya xarakteri daşıyıb. 


Komandanın hazırki durumu və gələcək planları ilə bağlı klubumuzun icraçı direktoru Nadir Nəbiyev klub səhifəsinə açıqlamalar verib. O, ilk olaraq hazırlıqla bağlı danışıb: “Növbəti mövsümün hazırlıqlarını stadionumzuda davam etdiririk. Toplanışın ilk mərhələsi əsasən seleksiya xarakterli hazırlıq oldu. Həm yerli, həm də kənardan gələn bir çox futbolçunu sınaqdan keçirdik. Artıq sabahdan təlim-məşq toplanışının əsas hissəsinə start verəcəyik. Komandaya yeni qoşulan futbolçular olacaq. Məşqçilər korpusunun yekun rəyindən sonra müqavilə imzalayacağımız futbolçuların adlarını ictimaiyyətə açıqlayacağıq”. 


Klub rəsmisi qarşıda duran məqsədlər və problemlər haqda bunları deyib: “Ötən mövsümün sonunda komanda əsas heyət üzvlərinin 70-75 faizini itirdi. Hazırki maliyyə durumumuzla kənardan çox futbolçu cəlb etməyimiz mümkün deyil. Bakıda yaradılan yeni komandaların sayının çox olması futbolçu qıtlığı yaradıb. Onların maddi imkanlarının bizdən yaxşı olması səbəbindən birinci diviziondakı bir çox futbolçu məhz bu komandalara can atırlar. Kənardan gətirmək bir yana, öz yerli futbolçularımızı da heyətə saxlamaqda çətinlik çəkirik. Rəhbərliyə gəldiyimiz ilk mövsümdə qarşımıza növbəti ilin komandasını qurmaq, növbəti mövsüm isə çempion olmaq vəzifəsi qoymuşduq. Bütün çətinliklərə baxmayaraq Tovuz azarkeşlərinin həsrətində olduğu çempionluğu birlikdə bayram etdik. Lakin təəssüflər olsun ki, maliyyə vəziyyətimiz Premyer Liqada çıxış etməyimizə əngəl oldu. O dövrdə Premyer Liqaya iddialı olduğumuzdan futbolçular da burada özlərini göstərmək üçün canla-başla komandamıza qoşulurdular. Bu mövsüm çempionluğu başlıca məqsəd etməmişik. Mümkün olduqca yüksək pillələrdən birini tutmaq üçün mübarizə aparacağıq”.

 

Nadir Nəbiyev milli komandamızın Norveçlə oyunu və bu oyunda öz qapısına vurduğu qola görə bir çoxlarının qınaq obyektinə çevrilən Rəşad Sadıqov haqda da fikirlərini bildirib: “Əvvəlki oyunlara baxanda Norveçlə matçda bir qədər zəif çıxış etdik. Futbolda hər şey olur. Kiminsə oyununu xüsusi qabartmağa ehtiyac yoxdur. Komanda olaraq bu oyunda əzmkar oyun nümayiş etdirmədik. Bir çoxları kapitan Rəşad Sadıqovu qınayırlar. Lakin gəlin baxaq görək Rəşad Sadıqovun layiqli əvəzləyicisi varmı? Bir çox oyunlarda ağrıkəsici iynə ilə meydana çıxıb. O milli komandamızın formasını şərəf və ləyaqətlə daşıyır. Hər kəsin kapitan Rəşad Sadıqov başda olmaqla bütün komandamızı növbəti oyunlarda dəstəkləməsini istərdim”.


Fanat.Az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

27 May 2025
22:21

Avropada "mövsümün komandası" açıqlandı: Yamal, Mbappe, Virts...

21:42

DÇ: Azərbaycan millisi dünya çempionunu yenib 1/4 finala yüksəldi

21:20

Premyer Liqada 2025/2026 mövsümünün start tarixi açıqlandı

21:09

Mövsümün ən yaxşıları mükafatlandırıldı - FOTOLAR

20:52

İngiltərədə bunu "Çelsi"dən başqa heç kim bacarmayıb - Rekord

20:14

Nelson Semedu İngiltərə nəhənginə qoşulmaq üzrədir

19:50

Azərbaycanın stolüstü tennisçiləri Daşkənddə beynəlxalq yarışda iştirak edəcəklər

19:16

Minifutbol: İngiltərə ilk 1/4 finalçı oldu

18:49

İki aydır uduzmayan Bundesliqa klubu baş məşqçisi ilə vidalaşdı - RƏSMİ

18:14

"Əməlli-başlı ruh düşkünlüyünə qapılmışdım" - Antoni

17:50

Azərbaycan millisinin üzvü Niderlandın elita klubunda - RƏSMİ

17:34

"Qarabağ"ın qapıçısı milliyə dəvət aldı

17:16

Kilian Mbappe oyun nömrəsini dəyişir

16:58

Qakpo "Liverpul"u bu kluba dəyişə bilər - SON DURUM

16:40

Kapello "Milan"ı kimin çalışdırmalı olduğunu dedi: "Mən onu seçərdim"

16:21

Legioner limitinin ləğvi qərarında boşluq var - "İşbazlar" pusquda

16:03

Raul "Real Madrid"dən getdi - RƏSMİ

15:44

"Şərtlər qane etdiyinə görə, yeni müqavilə imzaladıq" - Elmar Baxşıyev

15:26

Rafael Ağayev millinin məşqini izlədi - FOTOLAR

15:08

Klub prezidenti De Bröyneni heyətə qatacaqlarını təsdiqlədi

14:50

Azərbaycanı DÇ-də təmsil edəcək cüdoçuların adları bilindi

14:34

"Araz-Naxçıvan"ın hazırlıq planları dəqiqləşdi

14:16

Elmar Baxşıyev yeni müqavilə imzaladı - RƏSMİ

13:58

Zanyolo iki futbolçunu vurdu - "Roma" bəyanat yaydı

13:39

"Şamaxı" kapitanını yola saldı - RƏSMİ

13:21

"Mançester Siti"dən Reynders üçün İtaliya nəhənginə rəsmi təklif - MƏBLƏĞ

13:02

"Milan"ın yeni idman direktoru bilindi - RƏSMİ

12:43

Nkunku "Çelsi"ni tərk edəcək, Londonu yox

12:24

Birinci Liqaya vəsiqə uğrunda pley-off oyununun təyinatları bilindi

12:05

Əfsanəvi Zidan Lamin Yamala heyran qalıb - "Həyatımda beləsini görməmişdim"

11:46

Azərbaycanın millisi Litva yığması ilə üz-üzə

11:28

Avarçəkənlərimiz Avropa çempionatında mübarizə aparacaq

11:09

"Barselona"da yeni oyunçu - Razılıq əldə olundu

10:50

"Liverpul"un çempionluq paradında faciə - VİDEO

10:13

Fərid Qayıbov federasiyalarla MDB Oyunlarına hazırlığı müzakirə etdi

09:50

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:23

Minifutbol: Azərbaycan millisi dünya çempionu ilə qarşılaşır

09:00

“Milan” Teo Ernandesi sabiq “Barselona”lı ilə əvəz edir

00:35

Azərbaycan çempionatı başa çatdı

00:16

DÇ: 1/8 final mərhələsinin cütləri bəlli oldu

Facebookdan bizi izləməyi unutmayın.
X