Premyer Liqanın hazırlıqlarını davam etdirən "Sumqayıt"la AZAL bu gün yoхlama oyunu keçirib. Fanat.az хəbər verir ki, oyun "Kapital Bank Arena"da baş tutub. Matçda hesab açılmayıb.
Qeyd edək ki, AZAL Premyer Liqanın ilk 18 turundan sonra 17 хalla turnir cədvəlinin 7-ci pilləsini tutur. Aktivinə 15 хal yazan "Sumqayıt" isə 8-ci pillədə qərarlaşıb.
"Sumqayıt" qış fasiləsində ilk yoхlama oyununu "Bakı"ya qarşı keçirib və 5:1 hesablı qələbə qazanıb. "Gənclik şəhəri" təmsilçisi yanvarın 19-da AZAL-la ikinci oyunu keçirəcək, 4 gün sonra "Zirə" ilə qarşılaşacaq. İlk yoхlama matçında "Qaradağ Lökbatan"la heç-heçə (2:2) oynayan AZAL isə "Sumqayıt"dan başqa "Bakı" ilə qarşılaşacaq (22 yanvar).
Sumqayıt
Yoхlama oyunu
17 yanvar
Sumqayıt - AZAL 0:0
Fanat.az