21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Yaşar Vahabzadə istefaya göndərilib. Fanat.Az xəbər verir ki, mütəxəssisin müqaviləsi qarşılıqlı razılıqla ləğv edilib.
Yığmamızın "AVRO-2019"un seçmə mərhələsi çərçivəsində İsrail və İrlandiya ilə oyunlarından sonra çalışdırıcı AFFA-nın baş katibi Elxan Məmmədova hesabat təqdim edib. Hər iki qarşılaşmadakı məğlubiyyətin (1:3) hesabatı dinlənildikdən sonra qarşılıqlı razılıq əsasında müqaviləyə xitam verilməsi qərara alınıb.
Qeyd edək ki, Yaşar Vahabzadə U-21-in baş məşqçisi kimi 15 oyun keçirib. Bu görüşlərdən 2-də qalib gəlib, 3-də heç-heçə çalışdırıcı 10 dəfə məğlub olub.
Fanat.Az