Premyer Liqanın IV turunun "İnter" - "Kəpəz" oyunu televiziya vasitəsi ilə canlı yayımlanmayacaq. Amma qarşılaşmanı canlı izləmək mümkün olacaq.Fanat.Az xəbər verir ki, "İnter"in klub televiziyası oyunu azarkeşlərə təqdim edəcək. "İnter TV" mövsümün ilk 3 oyununu yayımlamamışdı.
Qeyd edək ki, "İnter" - "Kəpəz" oyunu sabah keçiriləcək və saat 17.00-da başlayacaq.
Fanat.Az